Husilər Yəməndə BMT-nin bir neçə əməkdaşını saxlayıblar

2024/08/1724130639.jpg
Oxunub: 25117     23:20     24 Yanvar 2025    
Yəmənin üsyançı “Ənsar Allah” hərəkatının husi üsyançıları ölkədə BMT-nin bir neçə əməkdaşını saxlayıb.

Ordu.az xəbər verir ki, bu barədə təşkilatın mətbuat xidməti rəhbərinin müavini Fərhan Haq brifinqdə məlumat verib.

“Sənanın de-fakto hakimiyyəti nəzarət etdikləri ərazidə BMT əməkdaşlarını saxlayıb. Buna cavab olaraq, biz faktiki hakimiyyətin nəzarəti altında olan ərazilərdə bütün rəsmi hərəkətləri dayandırdıq. Bu qərar növbəti bəyanata qədər qüvvədə qalacaq”, -o bildirib.

Qeyd edək ki, BMT Baş katibinin ofisi iyunun əvvəlində təşkilat sistemində çalışan 11 Yəmən vətəndaşının saxlandığını elan edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Yəmən   BMT  


Bizi "telegram"da izləyin