Moskvada dayanacaqda təlim qumbarası tapılıb, ərazi mühasirəyə alınıb

2024/05/6105b-1716645620.jpg
Oxunub: 595     18:47     24 Yanvar 2025    
Rusiyanın paytaxtı Moskvanın şimal-şərqində yaşayış binasının yanındakı dayanacaqda tapılan təlim qumbarası ərazinin mühasirəyə alınmasına səbəb olub.

Ordu.az xəbər verir ki, bu barədə TASS-a operativ xidmətlərdən məlumat verilib.

Məlumata görə, dayanacaqda qumbaraya bənzər əşya tapılıb. Ərazi mühasirəyə alınıb, hadisə yerinə gələn istehkamçılar müəyyən ediblər ki, qumbara təlim xarakterlidir və təhlükə yaratmır.

Bildirilib ki, əşya tədqiqata göndəriləcək. Onun kimə məxsus ola biləcəyi və dayanacağa necə düşdüyü araşdırılır.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Moskva   Qumbara  


Bizi "telegram"da izləyin