Ordu.az TASS-a istinadən xəbər verir ki, bu barədə XİN-in sosial şəbəkələrdə yayılan bəyanatında deyilir.
"Bu qurum insan hüquqları ilə bağlı xüsusi şərhi bütün dünyaya zorla qəbul etdirməyə çalışmamalı, həmçinin digər xalqların dini və milli dəyərlərini görməzdən gəlməməlidir", - bəyanatda qeyd olunur.
Nazirlik BCM prokurorunun hərəkətlərini qanunsuz adlandırıb və bunun qurumun onsuz da zəif olan nüfuzunu daha da sarsıtdığını vurğulayıb.
Xatırladaq ki, BCM-in prokuroru Kərim Xan "Taliban" hərəkatının lideri və Əfqanıstanın baş hakimi Əbdül Hakim Həqqaninin həbsinə orderin verilməsini tələb edib.
Ordu.az