Cənubi Koreya 2028-ci ilə qədər öz “Dəmir Günbəz” HHM sistemini hazırlayacaq

2025/01/1737533425.jpg
Oxunub: 376     12:27     25 Yanvar 2025    
Cənubi Koreya 2028-ci ilə qədər öz “Dəmir Günbəz” Hava Hücumundan Müdafiə (HHM) sistemini hazırlayacaq.

Ordu.az xəbər verir ki, bu barədə “Shephard Media” nəşri məlumat yayıb.

Milli və hərbi obyektləri Şimali Koreya artilleriyasının təhlükəsindən qorumaq üçün işləyəcək bloklayıcının hazırlanmasına təqribən 329 milyon dollar xərclənəcək.

Məlumata görə, Müdafiə İnkişaf Etdirmə Agentliyi 2028-ci ilə qədər bloklama sisteminin hazırlanması üçün təxminən 479,8 milyard KRW (329 milyon ABŞ dolları) xərcləməyi planlaşdırır.

Aşağı hündürlükdə raket əleyhinə müdafiə sistemi (LAMD) Cənubi Koreya tərəfindən milli və hərbi əhəmiyyətli obyektləri Şimali Koreya raketlərinin təhlükəsindən qorumaq üçün vacib hesab olunur.

DAPA bəyan edib ki, ölkənin öz “Dəmir Günbəz” HHM sistemini hazırlaması İsrailin “Dəmir Günbəz”indən daha çox hədəfi eyni vaxtda vura biləcək üstün imkanlara malik olacaq.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Cənubi-Koreya   Dəmir-Günbəz  


Bizi "telegram"da izləyin