Çin CERES-1 raketi ilə 5 peyk buraxıb

2025/01/1737533144.jpg
Oxunub: 495     17:34     24 Yanvar 2025    
Çin özəl bir şirkət tərəfindən hazırlanmış ilk daşıyıcı raketi CERES-1 ilə kosmosa 5 peyk göndərib.

Ordu.az Çinin “Xinhua” nəşrinə istinadən xəbər verir ki, “Yünyao”-1 37, 38, 39, 40 nömrəli peyklər və JTX-A-05 peykinin daxil olduğu qrup ölkənin şimal-qərbindəki “Ciuçüen” Peyk Mərkəzindən orbitə buraxılıb.

Peyklər buraxıldıqdan sonra planlaşdırılmış orbital mövqelərinə yerləşib və bu, CERES-1 raketi ilə 16-cı uğurlu daşıma missiyası olub.

“Galactic Energy” tərəfindən inkişaf etdirilən, 19 metr uzunluğunda və 1,4 metr enində olan CERES-1 raketi Aşağı Yer Orbitinə 350 kiloqrama qədər faydalı yük daşıya bilir.

CERES-1 indiyədək orbitə 63 peyk çıxarıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Çin   CERES-1  


Bizi "telegram"da izləyin