İsrail istehsalı olan “Hermes 900” PUA-sı problemlərlə üzləşir

2025/01/1737529925.jpg
Oxunub: 433     11:11     25 Yanvar 2025    
Son vaxtlar İsrail istehsalı olan Pilotsuz Uçuş Aparatlarının (PUA) iştirakı ilə baş verən qəzalar artmaqdadır.

Ordu.az xəbər verir ki, bu barədə “Jerusalem Post” nəşri məlumat yayıb.

“Hermes 900” PUA-sının yerli istehsal olan “Drishti 10 Starliner” variantı Hindistanın Pakistan sərhədinə yaxın Qücərat ştatının Porbandar sahillərində Hindistan Hərbi Dəniz Qüvvələrinə (HDQ) qəbuldan əvvəl sınaqlar zamanı qəzaya uğrayıb.

Qəza PUA ilə bağlı etibarlılıq narahatlıqlarını artırıb.

MALE sinfinə məxsus PUA ötən il Hindistan HDQ-də istifadəyə verilib və Hindistan ordusu tərəfindən də kəşfiyyat məlumatlarının toplanması məqsədilə istifadə olunur.

“Drishti 10” “Elbit Systems” ilə əməkdaşlıq müqaviləsi əsasında “Adani Defence and Aerospace” tərəfindən istehsal olunub.

Bu, PUA komponentlərinin 70%-nin yerli istehsalını tələb edən Hindistanın “Made in India” siyasətinə uyğundur.

“Hermes 900” PUA-sının maksimum uçuş müddəti 36 saatdır, silahlar da daxil olmaqla 450 kq faydalı yük daşıya bilir və bütün hava şəraiti üçün nəzərdə tutulub.

Hər vahidin qiyməti 6,85 milyon dollardır. Hindistan bu PUA-nın problem yaşadığı yeganə ölkə deyil.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Hermes-900   PUA  


Bizi "telegram"da izləyin