Ordu.az xəbər verir ki, Cənubi Koreya hökuməti və Vyetnam K9 haubitsaları ilə bağlı müqavilə bağlamaq üçün danışıqların son mərhələsindədir.
Məlumata görə, iki tərəf 300 milyon dollara 20 ədəd ixrac etmək üçün geniş razılaşma əldə edib və bu əməliyyatın hökumətdən-hökumətə (G2G) sövdələşməsi kimi bağlanacağı gözlənilir.
Tamamlansa, bu saziş Cənubi Koreyanın kommunist ölkəsinə ilk müdafiə təchizatı ixracı olacaq və ABŞ-Çin strateji rəqabətinin gücləndiyi bir vaxtda Cənubi Koreyanın diplomatik, təhlükəsizlik təsirini gücləndirəcək.
Sevinc Əliyeva
Ordu.az