Ordu.az-ın məlumatına görə, şəhidin nəşi Evoğlu kəndində dəfn olunub.
Dəfn mərasimində şəhidin doğmaları, Ağdam Rayon İcra Hakimiyyətinin vəzifəli şəxsləri, hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
***
Qalıqları Ağdam rayonunun Xındırıstan kəndində aşkar edilən Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan şəhid Zahid Baxış oğlu Nağıyevin nəşi Ağdam rayonuna gətirilib.
Ordu.az-ın Qarabağ bürosunun məlumatına görə, şəhidin nəşi rayonun Evoğlu kəndində ailəsinə təhvil verilib.
Hazırda kənddə şəhidlə vida mərasimi keçirilir.
Qeyd edək ki, Zahid Baxış oğlu Nağıyev 1975-ci il yanvarın 1-də anadan olub. O, 1994-cü il aprelin 18-də Ağdam rayonunun Cavahirli kəndində itkin düşüb.
Z.Nağıyev Evoğlu kənd qəbiristanlığında dəfn olunacaq.

Daşqın Güneyli
Ordu.az