Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycandakı missiyasının rəhbəri etimadnamə məktubunun surətini Ceyhun Bayramova təqdim edib - FOTOLAR

2024/07/a3dc1-1721142354.jpg
Oxunub: 1153     18:20     16 İyul 2024    
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov iyulun 16-da Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycandakı missiyasının rəhbəri Troy Dulini qəbul edib.

Ordu.az-ın məlumatına görə, görüş zamanı missiyanın rəhbəri etimadnamə məktubunun surətini nazir Ceyhun Bayramova təqdim edib.

Nazir Troy Duliyə fəaliyyəti müddətində uğurlar arzulayıb.

Görüşdə Azərbaycan və Beynəlxalq Miqrasiya Təşkilatı arasında əməkdaşlıq perspektivləri, eləcə də cari ildə ölkəmizdə keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlıq işlərindən irəli gələn məsələlər müzakirə olunub.

Nazir Ceyhun Bayramov ölkəmizin Beynəlxalq Miqrasiya Təşkilatı ilə sıx əməkdaşlığının mövcud olduğunu qeyd edərək, xüsusilə miqrasiya sahəsində qanunvericiliyin və institutların təkmilləşdirilməsi üzrə birgə layihələrin icrasının məmnunluq doğurduğunu bildirib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Foto


Teqlər: Beynəlxalq-Miqrasiya-Təşkilatı   Azərbaycan  


Bizi "telegram"da izləyin