"Birləşdik -2024" təlimində hərbi qulluqçularımız peşəkarlıq nümayiş etdirir - VİDEO+FOTOLAR

2024/07/27c4d-1720865394.jpg
Oxunub: 1458     14:01     13 İyul 2024    
"Birləşdik - 2024" beynəlxalq əməliyyat-taktiki komanda-qərargah təliminə cəlb edilən Azərbaycan Ordusunun hərbi qulluqçuları yüksək peşəkarlıq nümayiş etdirir.

Bu barədə Ordu.az-a Müdafiə Nazirliyindən məlumat verilib.


Plana uyğun olaraq, təlim çərçivəsində əməliyyat qrupu tərəfindən qoşunların fəaliyyətləri ilə bağlı verilən tapşırıqlar xəritə üzərində işlənilib.

Azərbaycan Hərbi Hava Qüvvələrinin hərbi qulluqçuları pilotsuz uçuş aparatı vasitəsilə uçuşlar həyata keçirərək, təlimin digər iştirakçı dövlətlərinin PUA bölmələri ilə qarşılıqlı əlaqədə ərazinin hava kəşfiyyatını aparmaqla şərti düşmənin yerüstü hədəflərinin koordinatlarını təyin ediblər.

Təlim meydançasında hücuma keçən Azərbaycan Ordusunun Quru Qoşunlarının hərbi qulluqçuları şərti düşmən qüvvələrinin müqavimətinin qarşısını alaraq onun canlı qüvvəsini və döyüş texnikasını məhv ediblər.

Eyni zamanda təlimə cəlb edilən komandolarımız qrup şəklində sürətlə şərti düşmənin arxasına sızaraq mövqeyin ələ keçirilməsi, eləcə də hakim yüksəkliklərin və yolların nəzarət altında saxlanılması üzrə tapşırıqları icra ediblər.

Həmçinin döyüş tapşırıqlarının yerinə yetirilməsi zamanı yaralı hərbi qulluqçulara ilkin tibbi yardımın göstərilməsi və onların döyüş meydanından təxliyə olunması həyata keçirilib.

"Birləşdik - 2024" beynəlxalq təlimində qarşıya qoyulan bütün tapşırıqlar iştirakçı dövlətlərin hərbi qulluqçuları tərəfindən yüksək peşəkarlıqla icra edilir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Foto


Teqlər: Birləşdik-2024   Təlim  


Bizi "telegram"da izləyin