FHN-də şəhid və qazi övladları üçün “açıq qapı” günü keçirilib - FOTOLAR

2024/07/66911-1720784650.jpg
Oxunub: 1045     15:40     12 İyul 2024    
Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzində “Sumqayıt” futbol klubunun təşkil etdiyi “Yay futbol düşərgəsi” layihəsi çərçivəsində şəhid və qazi övladları üçün “açıq qapı” günü keçirilib.

Bu barədə Ordu.az-a nazirlikdən məlumat verilib.

Bildirilib ki, tədbir zamanı şəhid və qazi övladları Sumqayıt Regional Mərkəzinin texnika və avadanlıqları ilə tanış olub, həmçinin Mərkəzin xilasediciləri tərəfindən təşkil olunan kombinə edilmiş yanğın estafet oyununda iştirak ediblər.

“Açıq qapı” günündə Sumqayıt RM və Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Sumqayıt şəhər bölməsinin əməkdaşları iştirak ediblər.

Maraqla keçən tədbirin sonunda Mərkəz tərəfindən uşaqlara xatirə hədiyyələri təqdim olunub.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Foto


Teqlər: FHN   Açıq-qapı  


Bizi "telegram"da izləyin