MN-in şəxsi heyəti Tovuz döyüşlərinin ildönümü ilə bağlı İkinci Şəhidlər xiyabanını ziyarət edib - FOTOLAR

2024/07/8c532-1720775098.jpg
Oxunub: 1083     12:59     12 İyul 2024    
Azərbaycan Müdafiə Nazirliyinin bir qrup şəxsi heyəti Tovuz döyüşlərinin dördüncü ildönümü ilə əlaqədar İkinci Şəhidlər xiyabanını ziyarət edib.

Ordu.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, şəhidlərin xatirəsinə bir dəqiqəlik sükut elan edildikdən sonra hərbi orkestrin müşayiəti ilə dövlət himni ifa olunub.

Şəhidlik zirvəsinə ucalan Vətən övladlarının məzarları üzərinə gül dəstələri düzülüb, xatirələri ehtiramla yad edilib. Tədbirdə şəhidlərin ölməzliyindən danışılıb və onların xatirələrinin bundan sonra da əziz tutulacağı əminliklə qeyd edilib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Foto


Teqlər: Azərbaycan   MN   Tovuz-döyüşləri  


Bizi "telegram"da izləyin