İlham Əliyev İslamabadda milli abidəni ziyarət edib - YENİLƏNİB (FOTOLAR)

2024/07/81ac4-1720698770.jpg
Oxunub: 1132     15:44     11 İyul 2024    
Azərbaycan Prezidenti İlham Əliyev iyulun 11-də İslamabadda milli abidəni ziyarət edib.

Ordu.az xəbər verir ki, Azərbaycanın və Pakistanın Dövlət bayraqlarının dalğalandığı meydanda Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Dövlətimizin başçısı milli abidənin önünə əklil qoydu.

Sonra “Fatihə” surəsi oxundu.

Qeyd edək ki, Pakistan xalqının milli birliyini təcəssüm etdirən bu abidənin inşasına 2004-cü ildə başlanılıb. Zəngin Moğol memarlıq üslubunda yaradılan abidənin 2007-ci il mayın 23-də açılışı olub.

***

Azərbaycan Prezidenti İlham Əliyev iyulun 11-də İslamabadda milli abidəni ziyarət edib.

Bu barədə Ordu.az xəbər verib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Foto


Teqlər: İlham-Əliyevİ   İslamabad  


Bizi "telegram"da izləyin