Erməni generalın həbsinə dair yeni DETALLAR

2019/04/k7(2)-1555936194.jpg
Oxunub: 28073     16:56     22 Aprel 2019    
Xəbər verdiyimiz kimi, aprelin 13-də Ermənistan Xüsusi İstintaq Xidmətində açılan çinayət işi çərçivəsində Ermənistanın Məhkəmə aktlarının baş məcburi icraçısı, ədliyyə generalı Mihran Poğosyana qarşı, ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, külli miqdarda əmlak ələ keçirmə hallarına görə CM-nin 2 maddəsi üzrə cinayət işi açılıb.

Aprelin 17-də isə Mihran Poğosyan barədə yerli və beynəlxalq axtarış elan edilib. Nəticədə, Poğosyan barədə əməliyyat məlumatları əldə edilib.

Aprelin 19-da əməliyyat məlumatları işlənərək, Ermənistan və Rusiya hüquq mühafizə orqanları arasında əməkdaşlıq nəticəsində Poğosyan Kareliya respublikasının Petrozavodsk şəhərində aşkar edilərək həbs edilib.

“Pastinfo” nəşrinin məlumatına görə, Poğosyan mehmanxanada qeydiyyatdan keçərkən həbs edilib.

Xatırladaq ki, 11 iyun 2008-ci ildən Ermənistan məhkəmə aktlarının məcburi icrası xidmətinin rəhbəri olaraq, o, öz şəxsi təhlükəsizliyini təmin edən şəxsi Ermənistan Ədliyyə Nazirliyinin məhkəmə aktlarının məcburi icrası xidmətinin mərkəzi orqanının məcburi icra üzrə əməliyyat şöbəsinin birinci dərəcəli müşaviri, şəxsi sürücüsünü isə həmin şöbəyə aparıcı müşavir təyin edib. Onlar qeyd edilən şöbənin əməkdaşları olaraq, faktiki xidmətə gəlməyib, müvaviq qaydada vəzifələrdən irəli gələn tələbləri yerinə yetirməyib, həmçinin Poğosyanın şəxsi xarakterli tapşırıqlarını icra ediblər. Lakin tutduqları vəzifəyə uyğun əmək haqqı və buna uyğun ödəmələrlə, ümumi olaraq 44.199.463 dram vəsaitlə təmin ediliblər.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Mihran-Poğosyan   Həbs  


Bizi "telegram"da izləyin