Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu sənəd 2007-ci ilin yanvarında qəbul edilib, həm bölgədə, həm də dünyada baş verən kəskin dəyişikliklərə baxmayaraq, indiyədək heç bir dəyişikliyə məruz qalmayıb.
Yeni layihənin geniş müzakirəyə çıxarılacağı, daha sonra Paşinyanın qərarı ilə xüsusi komissiya yaradılacağı vurğulanır. Ermənistan təhlükəsizlik strategiyası ilə bağlı fikirlər, 2016-cı ilin aprel döyüşlərindən sonra fəallaşmağa başlayıb.
Serj Sarkisyan da təhlükəsizlik strategiyasına yenidən baxılması zərurətindən danışsa da bu iş uzanıb. Sonuncu dəfə bu barədə Sarkisyan 2018-ci ilin yanvar ayında danışıb.
Hələlik sənəddə hansı bəndlərin dəyişdirilməsi ətrafında müzakirələrin aparılacağı məlum deyil. Erməni parlamentində geniş müzakirələr təşkil ediləcəyinə baxmayaraq, deputatlar bununla bağlı rəy bildirməkdən çəkinirlər.
“İm Kaylı” (Mənim Adımım) fraksiyasını təmsil edən, Ermənistan parlamentinin müdafiə, milli təhlükəsizlik və daxili işlər daimi komissiyasının üzvü Aram Xaçatryan bildirib ki, hələlik müzakirələrdə iştirak edilməsi barədə dəvət almayıb.
O, məsələni daha ətraflı öyrəndikdən sonra bəyanat verəcəyini, 2007-ci ildən indiyədək heç bir dəyişiklik edilmədiyini nəzərə alaraq, çox sayda dəyişiklik ediləcəyini qeyd edib.
“Lusavor Hayastan” (İşıqlı Ermənistan) fraksiyasını təmsil edən erməni parlamentinin deputatı Arman Babacanyan ekspertlər qrupu ilə artıq hazırlıq işləri görür. Eyni zamanda fraksiyanın digər təmsilçiləri də hazırlıq işləri görürlər.
“Rusiya ilə yeni, layiqli münasibətlərin yaradılmasına işarələr olmalıdır. Erməni tərəfinin xahiş edən rolunda olmaması, bu baxımdan Ermənistan-ABŞ münasibətlərinə dəyişikliklərin aparılması xüsusilə önəmlidir”, - deyə erməni deputat əlavə edib.
Əldə edilən məlumata görə dəqiq vaxt deyilməsə də, 2019-cu ilin sonunadək sənədin hazır olacağı qeyd edilir.
Alpər Mövludoğlu
Ordu.az