Erməni general Rusiyada həbs olunub - Təhvil verilməsi prosesi davam edir

2019/04/eng14-1555915497.jpg
Oxunub: 26439     10:43     22 Aprel 2019    
Haqqında axtarış elan edilən, Ermənistan parlamentinin sabiq deputatı, Məhkəmə aktlarının məcburi icra xidmətinin sabiq rəisi, ədliyyə generalı Mihran Poğosyan Rusiya hüquq-mühafizə orqanları tərəfindən həbs olunub.

Ordu.az xəbər verir ki, bu barədə Tert.am saytına Xüsusi istintaq xidmətinin mətbuat katibi Marina Ohancanyan bildirib.

Onun sözlərinə görə, Mihran Poğosyan Rusiyada aşkar edilərək həbs edilib və hazırda təhvil verilməsi prosesi davam edir.

Xatırladaq ki, Ermənistan xüsusi istintaq xidmətində araşdırılan cinayət işi çərçivəsində Ermənistanın Məhkəmə aktlarının baş məcburi icraçısı Mihran Poğosyana qarşı, ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, külli miqdarda əmlak ələ keçirmə hallarına görə CM-nin 2 maddəsi üzrə cinayət işi açılıb. Məhkəmə onun həbsi barədə qərar verərək, axtarış elan edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   General   Həbs  


Bizi "telegram"da izləyin