Tonoyan bir qrup vəzifəli şəxsin müşayiəti ilə Qarabağa gəlib

2019/04/756_1-1555914385.jpg
Oxunub: 18687     10:25     22 Aprel 2019    
Aprelin 19-da Ermənistanın Müdafiə naziri Davit Tonoyan, İrəvan şəhər meri, Ermənistanın vilayət qubernatorları, Müdafiə Nazirliyinin və Baş Qərargahın nümayəndələri işğal altında olan Qarabağa gəliblər.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, növbəti gün Ermənistanın Qarabağdakı qanunuz hərbi birləşməsinin qərargahında toplanış məşqləri keçirilib.

Daha sonra qanunsuz hərbi birləşmənin dərinləşdirilmiş komanda məntəqəsinə səfər təşkil edilib. Qanunuz hərbi birləşmənin komandiri general-mayor Karen Abrahamyan iştirakçılara ehtimal olunan hərbi əməliyyatlarının xarakteri barədə məlumat verib.

Nümayəndə heyəti, həmçinin hərbi təyinatlı məhsullar istehsal edən istehsal sahələrində olublar. Səfərin ikinci günü Ermənistandan gələn nümayəndə heyəti Qarabağın şimal-şərq hissəsində dislokasiya olunan bölmələrə səfər ediblər.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tonoyan   Qarabağ   İşğal  


Bizi "telegram"da izləyin