J-31 üçün yeni turbo mühərriki inkişaf etdirilib

2019/04/5bb77-1555911972.jpg
Oxunub: 23925     15:09     22 Aprel 2019    
Çinin ikimotorlu, beşinci nəsil çoxməqsədli döyüş təyyarəsi layihəsi J-31 üçün yeni turbo mühərriki inkişaf etdirilib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, ilk uçuşunu 2012-ci ilin noyabr ayında edən və 2019-cu ildə istehsala keçməsi gözlənilən Çinin təyyarəsində turbo mühərrikinin inkişaf etdirildiyi və prototip testini keçdiyi bildirilib.

Hərbi ekspert Vei Donqxu məsələ ilə bağlı açıqlamasında bildirib ki, yeni nəsil mühərrik Çinin təyyarələrində istifadə ediləcək.

"Motorun hazırlanması bir il çəkib. Mühərrikin prototipi 6 aydan sonra sınaqdan keçirilib. Motor ölkənin ən böyük aviasiya mühərriki layihələrindən biridir. İnkişaf etmiş turbofan mühərrikləri çox yüksək temperatura və təzyiqə davamlı olacaq", - deyə o vurğulayıb.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Çin   J-31  


Bizi "telegram"da izləyin