Erməni əsgər xidmət yoldaşını oyadaraq bıçaqlayıb

2019/04/zohva-1555748556.jpg
Oxunub: 6520     12:53     20 Aprel 2019    
Ermənistanın Tavuş Rayon Məhkəməsində hakim Samvel Mərdanyanın sədrliyi ilə Narek Karapetyan və Şirin Mxoyanın məhkəməsi keçirilib.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, N. Karapetyan əsgər yoldaşı Şirin Mxoyanı döyməklə və yüngül yaralanma əlamətləri hesab olunmayan bədən xəsarətləri yetirməkdə ittiham edilir.

Şirin Mxoyan isə, onu döyməsi və alçaltmasına görə qisas almaq məqəsdilə Karapetyanı bıçaqlamaqda ittiham olunur.

Karapetyana qarşı yaşayış yerini tərk etməmə, Şirin Mxoyana qarşı isə hərbi hissə komandirinin nəzarətinə verilməsi barədə qərar qəbul edilib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan-ordusu   Bıçaqlanma  


Bizi "telegram"da izləyin