Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin nümayəndələri əsgərlərlə görüşüb

2019/04/cc0dc-1555747976.jpg
Oxunub: 19327     12:12     20 Aprel 2019    
Azərbaycan Ordusunda milli-mənəvi dəyərlərimizin təbliği, şəxsi heyətə vətənpərvərlik hisslərinin aşılanması məqsədilə Müdafiə Nazirliyi Dini Qurumlarla iş üzrə Dövlət Komitəsi ilə birgə tədbirlər həyata keçirir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Ordu.az-a verilən məlumata görə, birgə tədbirlər planına uyğun olaraq komitə nümayəndələri bu günlərdə Hərbi Dəniz Qüvvələrində dənizçilərlə görüşüb.

Görüşdə gənclərin zərərli vərdişlərdən qorunmasında milli-mənəvi dəyərlərimizin rolu mövzusunda söhbətlər aparılıb və şəxsi heyəti maraqlandıran suallar cavablandırılıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: MN   HDQ  


Bizi "telegram"da izləyin