Ordu.az xəbər verir ki, bunu “Facebook” istifadəçilərindən biri Ermənistanın Baş naziri Nikol Paşinyana ünvanlayıb.
“Facebook” istifadəçisinin sualına cavab verərkən Paşinyan artıq keçmiş iqtidarın yüksək vəzifəli şəxslərinə qarşı açılan onlarla cinayət işinin olduğunu xatırladıb.
“Bu gün Manvel Qriqoryan, Robert Koçaryan həbs edilib, Mihran Poğosyan və digər sabiq vəzifəlilərə qarşı axtarış elan olunub. Mənim üçün prinsip birdir, heç kim himayəli olmayacaq, hamı qanun qarşısında birdir.
Ancaq mənə verilən bu sualda Serj Sarkisyanın hər hansı iş üzrə itiham edilib- ediməyəcəyindən asılı olmayaraq, başqa bir kontekst də var. Mən bu sualın sətr altında aşağıdakı məqamı başa düşürəm. Serj Sarkisyanla gizli razılaşmanız olduğu mümkündürmü? Dəqiq deyirəm, mən bu cür oyunlara cəlb edilə bilmərəm, gəlin bunu birmənalı vurğulayaq. Deyə bilmərəm ki, Serj Sarkisyan hər hansı bir işdə ittiham ediləcək, ya yox. Ancaq zəmanət verə bilərəm ki, əgər ittiham edilməsi üçün əsaslar olarsa, hər hansı siyasi maneə olmayacaq”, - deyə Paşinyan əlavə edib.
Alpər Mövludoğlu
Ordu.az