Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, hazırda onun ailəsi yanında deyil, döyüş yoldaşları isə onu yada salmır.

Tək qalan Tosunyan 6 aydır yağış və soyuqdan mühafizə olunmayan qaraj damında yaşayır. Onu bu yarıdağılmış tikilidə qonşuluqda oynayan uşaqlar aşkar edib. Uşaqlar onu yerə sərilmiş, soyuqdan üşüyən vəziyyətdə tapıblar. O, uşaqlara döyüşlərdə iştirak etdiyini sübut edən sənədləri göstərərək, 9 il Aştarak şəhərində, sonra 6 aydır ki, Gümrüdə bu yerdə yaşadığını, ailəsindən ayrıldığını bildirib.
O, “Kumayri” dəstəsində, “Yerkrapah”ın üzvü olduğunu söyləyib. Bu barədə məlumat alan “Yerkrapah” nümayəndəsi dərhal ictimai birlik olduqlarını, heç bir maddi, ərzaq və mənzil dəstəyi verə bilməyəcəklərini qeyd edib.

Tosunyan 1993-cü ildə 4 tabor tərkibində təxribatçı əməliyyatlarda iştirak etdiyini qeyd edib. 1995-ci ildən isə “Yerkrapah”ın üzvü olduğu məlum olub. Onun hazırda daha çox tibbi müayinəyə ehtiyacı olduğu bildirilir.
Onun artıq xəstəxanaya yerləşdirildiyi və uzun müddət orda qalacağı məlum olub. Xəstəxanada Tosunyana baş çəkənlərin isə onu köməksiz vəziyyətdə aşkar edən uşaqların olduğu bildirilir.

Alpər Mövludoğlu
Ordu.az