Ordu.az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya müdafiə sənayesindən olan mənbə bildirib.
“Nazirlik iki ədəd yeni “Borey” sinifli sualtı qayığın inşasını planlaşdırır, lakin onlar ballistik yox, uzaq mənzilli qanadlı raketlərlə təchiz ediləcək. Əgər qərar qəbul edilsə, sualtı qayıqlar “Borey-K” adlı layihə çərçivəsində inşa ediləcək və 2027-ci ildən sonra çatdırılacaq”, - deyə mənbə vurğulayıb.
Qeyd edək ki, hazırda Rusiyanın üç ədəd “Borey” sinifli sualtı qayığı var. Bunlar “Yuri Dolqoruki”, “Aleksandr Nevski” və “Vladimir Monomak”dır. Bunlardan əlavə 3 ədəd modernləşdirilmiş “Borey-A” sinifli gəmi də hazırda dəniz sınaqlarının keçirilməsi mərhələsindədir. Eyni zamanda daha 4 eyni sinifli gəmi inşa edilir.
Ağalar Ağalarlı
Ordu.az