Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Tavuş vilayətində dislokasiya olunan Ermənistan Müdafiə Nazirliyinin hərbi hissələrindən birinin kommunal istismar rəisi olarkən Hraç Xanoyan öz rəsmi mövqeyindən faydalanaraq, hərbi hissənin anbarında olan 1 milyon 200 min dram dəyərində olan hərbi çarpayıların 400 ədəd dəmir başlığını mənimsəmək məqsədi ilə 2018-ci ilin aprel ayında Vanadzor şəhər sakini Jirayr Vanyanla ilkin razılaşma əldə edib.
Lakin öz iradəsindən asılı olmayaraq, razılaşmanı başa çatdırmaq mümkün olmayıb.
Vanyan isə dəmir məmulatların alqı-satqısı ilə məşğul olmaqla, hərbi hissənin anbarından oğurlanan əmlakı almağa vəd verməkdə ittiham edilir.
Hər ikisinə qarşı cinayət işi açılıb və nəticədə Tavuş məhkəməsinin qərarı ilə təqsirləndirilən şəxslərə qarşı amnistiya aktı tətbiq olunaraq cəzadan azad ediliblər.
Alpər Mövludoğlu
Ordu.az