Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, məhkəməyə yalnız İqor Xaçaturovun nümyəndəsi, vəkil Qurqen Malxasyan gəlib.
İqor Xaçaturov KTMT-nin sabiq Baş katibi Yuri Xaçaturovun oğludur. O, Monument adlanan təpədəki torpaq sahəsinin sahibidir. Həmin torpaq sahəsinin qonşuluğundakı məlum Monument villası Sünik vilayətinin sabiq başçısı Surik Xaçatryana məxsusdur. Qonşular ümumi sahəsi 450 kvadrat-metr olan ərazi ilə bağlı ümumi razılığa gələ bilmədiklərinə görə iş məhkəməyədək gedib çıxıb.
İqor Xaçaturov, Surik Xaçatryanı və onun arvadı Loreta Barseğyanı məhkəməyə verib. 2018-ci ildə məhkəməyə verilən iddiada şikayətçi İqor Xaçaturov tələb edir ki, qarşı tərəf villanı söksün və ərazinin əvvəlki görkəminə gətirilməsi işlərinə mane olmasınlar. Məsələ ilə bağlı müsahibə verən vəkil Malxasyan bildirib ki, qanunsuz tikili Surik Xaçatryana aid olan ərazidə inşa edilib.
Qonşuluqdakı ərazi isə İqor Xaçaturova aiddir. Surik Xaçatryan qanunsuz tikilini inşa edərkən İqor Xaçaturova aid ərazini qanunsuz zəbt edib. Vəkilin sözlərinə görə, söhbət 450 kvadrat metr ərazidən gedir.
Surik Xaçatryanı və onun arvadı Loreta Barseğyanın vəkili isə iddia edir ki, vaxtilə İqor Xaçaturovun atası Yuri Xaçaturovla bu əraziyə dair razılaşma əldə edilib. Həmin razılaşmaya dair əsasın iddiaçıya təqdim edildiyini də bildirib. Xaçaturov isə bu razılaşmaya dair hər hansı sənədin olmadığını söyləyir. Surik Xaçatryanın vəkilinin məsələyə dair fikrini öyrənmək mümkün olmayıb.
Alpər Mövludoğlu
Ordu.az