Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu sualı erməni hüquq müdafiəçisi Atur Sakunts səlahiyyətləri dayandırılan DNX rəisinə “Facebook” vasitəsilə ünvanlayıb.
Sakunts əlavə edərək, məsələ ictimailəşdirildiyinə görə Davit Sanasaryana fərdi zəng etmədiyini və görüşmədiyini deyib. Eyni mövzu ilə bağlı Sakunts bildirib ki, MTX görünür Davit Sanasaryana qarşı cinayət təqibi həyata keçirir.
“Sosial mövqeyindən asılı olmayaraq hər kəsin qanun qarşısında bərabər olduğunu xatırladaq, MTX-nin yaydığı bəyanata diqqət çəkilib. Bəyanatda deyilir: “Qrupun mənafeyinə görə, işçiləri tərəfindən faktiki idarə edilən şirkətin sahibkarlıq fəaliyyətinə kömək etmək məqsədilə, görünür, öz rəsmi mövqeyini xidməti vəzifə maraqlarına zidd edib, eləcə də öz vəzifələrini yerinə yetirməyib”.
Bəyanatın tərkibinə diqqət yetirək:
1. Qrup halında maraqlar olmalıdır, yəni ilk növbədə iki və ya daha çox adamlar qrup şəklində konkret maraqlar, yaxud daha doğrusu ümumi maraqlar çərçivəsində formalaşdırılmalıdır. Bir sözlə qrupun yaradılması, yaxud qrup üzvlərinin eyni və ümumi maraqları olduğu əsaslandırılmalıdır.
2. Görünür, rəsmi mövqeyindən istifadə edib. Birinci bənddə göstərilən faktlar, formalaşdıran və ortaq marağı olan qruplar haqlıdırsa, o zaman “görünür” ifadəsini işlətmək nəyə lazımdır? Beləliklə, bu fakt ittiham etmək üçün istifadə edilməli idi. Ancaq təsəvvür görünən bir şəkildə təqdim olunduğundan,həm qrupun, həm də qrupun üzvlərinin ümumi maraqları da görünəndir, elə deyil?
3. Göründüyü kimi rəsmi mövqeyini istifadə etmək xidmət maraqlarına ziddir. Qrupun maraqları üçün rəsmi mövqeyi istifadə edibsə, aydındır ki, bu da xidmətin maraqlarına ziddir. Təbii olaraq qrupun maraqları və xidmətin maraqları uyğun gəlməyə bilər. Ancaq incə bir məqam var, çünki qrupun maraqları aydındır, onda xidmətin mənafeyinə qarşı rəsmi mövqenin istifadə olunması da aydındır.
4. Bu sonuncu birbaşa “ən güclüsüdür”, öz vəzifə borclarını yerinə yetirməyib.
Sual yaranır, xidməti vəzifə borclarını yerinə yetirmədiyinə görə, görünən qrupun xeyrinə aydın olan maraqlarına görə, rəsmi mövqeyini göründüyü kimi istifadə etdiyinə görə adam, təqib olunur?
Göründüyü kimi ifadələri ilə, bir şəxsin cinayət təqibi nəinki əsassızdır, həm də qeyri-qanunidir”, - deyə erməni hüquq müdafiəçisi bildirib.
Alpər Mövludoğlu
Ordu.az