"1999-cu ildə Meğrinin 49 kilometrlik hissəsinin təhvil verilməsi..." - Babayan

2019/04/76876-1555677912.jpg
Oxunub: 30699     16:44     19 Aprel 2019    
"Köçəryan Vazgenlə razılaşdırmadan Meğri məsələsi ilə bağlı danışıqlara otura bilməzdi".

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə işğal altında olan Qarabağda formalaşdırılmış qondarma rejimin sabiq hərbi birləşmə "komandiri" Samvel Babayan bu gün keçirdiyi mətbuat konfransında 1999-cu ildə Robert Köçəryanın Meğrini Laçınla dəyişməyi razılaşdırdığına dair Ermənistan Müdafiə nazirinin sabiq müavini Vahan Şirxanyanın Robert Koçaryana ünvanlanmış məktubuna toxunarkən bildirib.

"Meğrinin 49 kilometrlik hissəsi var, Qarabağ (qondarma qurum-red.) öz nəzarət altında, 110 kilometrlik hissəyə malikdir. Onların dediyi kimi, 1999-cu ildə Meğrinin 49 kilometrlik hissəsinin təhvil verilməsi üzrə danışıqlar aparılırdısa, həmin vaxt mən orda komandir idim, mənsiz həmin 100 kilometri təhvil verə biləcəkdilər?... Mənimlə danışılar aparılmalı idi, elə deyilmi? Meğri məsələsini ümumiyyətlə eşitməmişəm və mənlə də bu mövzuda hər hansı danışıqlar aparılmayıb.

Bir snayper atəş edərkən, mənimlə gəlib razılaşdırırdılar. İndi elə şey ola bilməz ki, Meğri təhvil verilsin, amma mənimlə müzakirə olunmasın. Mənim yanımda belə söhbətlər aparılmayıb", - deyə o məlumatları təkzib edib.

Jurnalistlər qeyd edib ki, Vahan Şirxanyanın məktubu Samvel Babayana çatanadək, Ermənistan Müdafiə naziri Vazgen Sarkisyan razılıq verməyib.

"Müdafiə naziri olduqdan sonra Vazgen Sarkisyan Ermənistanda həlledici rol oynayıb. Köçəryan Vazgenlə razılaşdırmadan Meğri məsələsi ilə bağlı danışıqlara otura bilməzdi", - deyə Babayan jurnalistlərə cavabında bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Qarabağ   Danışıqlar  


Bizi "telegram"da izləyin