Ordu.az xəbər verir ki, bu sözləri Ermənistanın Respublikaçılar partiyasının mətbuat katibi Eduard Şarmazanov bu gün keçirdiyi mətbuat konfransında deyib.
Şarmazanov, Paşinyanın öz ideologiyasının olmadığı halda ölkənin lideri ola bilməyəcəyinə inandığını söyləyib.
"Məsələn mən daim erməni parlamentinin sədr müavini olmuş Vahan Hovhanisyandan, Artaşes Tumanyandan, Yuri Baxşyandan, Albert Bazeyandan və Tiqran Torosyandan öyrənməyə çalışmışam. Mən onların səviyyəsinə çatmağa cəhd etmişəm. Qarabağ hərəkatı ilə əlaqəsi olmayan Nikol Paşinyan isə əvvəlkilərdən fərqli olaraq, həyatı boyunca hər hansı ümummilli, ümumi dövlət işi görməyib. Ona görə də gəlib öz "dump-dump" inqilabını Sərdərabad və Qarabağ döyüşlərinə bərabər tutmaq istəyir", - deyə o qeyd edib.
Şarmazanov həmçinin qeyd edib ki, Nikol Paşinyan tərəfindən Vazgen Sarkisyanın 60 illiyinin təbrik edilməməsi anlaşılmazdır.
"Təbrik məktubu olmayıb, siz eşitmisiz? Elə təəsürat yaranır ki, Baş nazir Nikol Paşinyan, Levon Ter-Petrosyan, Köçəryan, Serj Sarkisyan, Baqratayan, Edvard Nalbandyan, Vazgen Sarkisyan səviyyəsinə çatmağa cəhd etmək əvəzinə Qarabağ hərakatını zəiflətməyə çalışır. Bu gün Qarabağ döyüşçüləri həbs edilib, bu biabırçılıqdır. Köçəryanın həbs edilməsi, Sakisyanın istefa verməsi Azərbaycanda şok yaradıb. Nikol Paşinyan, yeni hakimiyyət nə qədər yeni və köhnə Ermənistan bölgüsünü etsələr də, zaman hər şeyi öz yerinə qoyacaq", - deyə o vurğulayıb.
Alpər Mövludoğlu
Ordu.az