Məhkəmə nümayəndələri hərbi dənizçilərlə görüşüblər

2019/04/bf2d3-1555676410.jpg
Oxunub: 17300     16:19     19 Aprel 2019    
Müdafiə Nazirliyinin 2019-cu il üçün tədbirlər planına əsasən Bakı Hərbi Məhkəməsi və Bakı Apelyasiya Məhkəməsinin nümayəndələri şəxsi heyətin hüquqi maarifləndirilməsi məqsədilə Hərbi Dəniz Qüvvələrində görüşlər keçirib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Ordu.az-a verilən məlumata görə, tədbirdə qarşılıqlı münasibətlərin nizamnamələrin tələblərinə uyğun qurulması, cinayətkarlığa qarşı mübarizədə məhkəmənin hökm və qərarlarının rolunun artırılması, hərbi qulluqçular tərəfindən hərbi xidmət əleyhinə olan və digər cinayətlərin törədilməsinin qarşısının alınması istiqamətində profilaktik tədbirlərin görülməsi barədə şəxsi heyətlə söhbətlər aparılıb.

Sonda şəxsi heyəti maraqlandıran sualları cavablandıran qonaqlar bu cür tədbirlərin keçirilməsinin vacibliyini vurğulayıblar.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: MN   HDQ  


Bizi "telegram"da izləyin