“Faktdır ki, Paşinyanın rəhbərliyi ilə saxta hökumətimiz var” - Şarmazanov

2019/04/68374-1555669506.jpg
Oxunub: 11721     14:43     19 Aprel 2019    
“Ermənistanda baş verən inqilabdan bir il sonra məlum olur ki, hökumət başçısına deyil, Nikol Paşinyanla birlikdə inqilabçı komitənin liderinə sahibik”.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu fikirləri bu gün Ermənistan Respublikaçılar Partiyasının mətbuat katibi Eduard Şarmazanov səsləndirib.

Şarmazanovun sözlərinə görə, hökumət və hökumət başçısı köhnə hökumətin müsbət xüsusiyyətlərini götürərək ondan yararlanmağa çalışır, həmin müsbət xüsusiyyətin üzərinə isə daşı-daş üstünə qoymaqla tərəqqini təmin etmək istəyir.

“İlkin problem iqtisadiyyat idi. Bir il əvvəl Paşinyan yalan vədlərlə çıxış etdi. Bir il sonra görürük ki, verilən vədlər yerinə yetirilməyib. Bizim yalançı siyasətimiz var və Nikol Paşinyanla birlikdə saxta hökumətə sahibik. Paşinyan deyirdi ki, sehirli bir çubuğu var. Bu çubuğun köməyi ilə çox böyük dəyişikliklər və inkişaflar olacaq”,- deyə Şarmazanov bildirib.

O, əslində, inkişaf olması üçün ikiqat iqtisadi artımın zəruri olduğunu söyləyib və bunu Paşinyanın iqtisadi inqilab terminini dövriyyəyə salması ilə əsaslandırıb: “İqtisadi inqilab özü də blefdir, bu kimi şeylər ola bilməz, çünki iqtisadiyyat bir evalusiya sistemidir. Əgər investisiya 2017-ci ildə 429 milyard Ermənistan dramı, 2018-ci ildə isə bu rəqəm 422 milyard Ermənistan dramı olubsa, iqtisadi inqilab və inkişaf necə ola bilər. Nəzərə alınmayıb ki, hələ dörd ay da biz işləmişik.

Əgər iş yerləri bağlanırsa, əgər büdcədə iqtisadı artım 4.9% olursa, 50 min mövcudluğu olmayan iş yerlərindən danışırlarsa, iqtisadi inkişaf necə ola bilər axı? Biz çox pis iqtisadi vəziyyətdəyik, investisiyalar azalıb və heç bir ciddi investisiya proqramımız yoxdur. Bugünkü hakimiyyətin iqtisadi gündəmi yoxdur”.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Şarmazanov   Paşinyan   Ermənistan  


Bizi "telegram"da izləyin