Hərbi siyasət qanunları və prinsipləri

2019/04/3c-1555660380.jpg
Oxunub: 669     12:46     19 Aprel 2019    
Hərbi siyasət və onun həyata keçirilməsinə rəhbərlik insan fəaliyyətinin bir sahəsidir və öz qanunlarına və prinsiplərinə malik olması insan fəaliyyətinin bu sahəsinin nizamlanması və məqsədyönlü şəkildə istiqamətləndirilməsi ehtiyacından doğur.

Mütəxəssislər hərbi siyasətin həyata keçirilməsinin aşağıdakı qanunları olmasını qeyd edirlər:

- Səylərin əsas vəzifələrin həllinə və əsas məqsədin əldə edilməsinə yönəldilməsi;
- Plan və ideyaların həyata keçirilməsində qətiyyət və inadkarlıq göstərilməsi;
- Əldə edilmiş nəticələrin ardıcıl təhlili və fəaliyyətin operativ şəkildə dəqiqləşdirilməsi;
- Hərbi-siyasi mexanizmin bütün qatlarının fəaliyyət və məqsəd birliyi;
- Ümumi vəzifələri yerinə yetirən orqan və müəssisələrin səylərinin ardıcıl uzlaşdırılması.

Dinc dövrə nisbətən müharibə şəraitində bu qanunlar özlərini bir qədər fərqli şəkildə göstərə bilər. Eyni zamanda müxtəlif şəraitdə sadalanan qanunların bəziləri müəyyən dərəcədə qabarıq, digəri isə qeyri-fəal şəkildə təzahür edə bilər. Bu cəhət siyasi rəhbərlikdən çeviklik və operativlik, güclü duyum və proseslərə dərindən nüfuz etmək qabiliyyəti tələb edir.

Hərbi siyasətin həyata keçirilməsinin əsas prinsipləri aşağıdakılardır:

- Xalqla sıx əlaqə və ona arxalanmaq, onların yaradıcı fəallığının və təşəbbüskarlığını hərtərfli müdafiə və inkişaf etdirmək;
- Siyasi və hərbi rəhbərliyin vəhdəti;
- Məqsəd və planların reallığı və elmi şəkildə əsaslandırılması;
- Əsas həlqənin müəyyən edilməsi; qələbənin real imkanlarının həqiqətə çevrilməsi;
- Rəhbərliyin mərkəzləşdirilməsi;
- Elmi nəzəriyyənin və təcrübənin vəhdəti;
- Planauyğunluq və məqsədyönlülük;
- Qəbul edilmiş qərar və göstərişlərin icrasına nəzarət.

Son zamanlar cəmiyyətin ictimai-siyasi sistemində baş verən dəyişikliklər, tədricən planlı ictimai təsərrüfatçılıqdan imtina edildiyi bir şəraitdə hərbi siyasətin həyata keçirilməsi prinsiplərinin sonuncusu, yəni planauyğunluğun aktuallığı müəyyən şübhə altına alına bilər. Lakin qeyd olunmalıdr ki, hərb quruculuğu, xüsusən silahlı qüvvələrin təşkili dövlət quruculuğunun özünəməxsus xüsusiyyətləri olan hissəsi kimi daim dövlətin nəzarəti altında olmasını və onun inkişafı üçün məqsədyönlü xətt seçilməsini tələb edir. Ona görə də bu prinsipin aktuallığı nəinki itmir, əksinə elmin, texnikanın sürətlə inkişaf etdiyi bir dövrdə böyük əhəmiyyət kəsb edir.

Müdafiənin etibarlı təşkili və ya müharibənin uğurla başa çatdırlması siyasi rəhbərlik (dövlət) tərəfindən iqtisadi, siyasi, mənəvi-siyasi və hərbi imkanların bacarıqla uzlaşdırılmasından və istiqamətləndirilməsindən asılıdır. Ancaq bu mücərrəd şəkildə başa düşülməməlidir. Müasir dövrün müharibələri və ya ölkənin müdafiə qabiliyyətinin təmin edilməsi mövcud imkanlarla kifayətlənməyi deyil, həm də mənəvi-siyasi. hərbi, başlıcası isə iqtisadi qüdrətin gücləndirilməsini tələb edir.

Mehman Süleymanov, tarix elmləri doktoru, ehtiyatda olan polkovnik
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Hərbi-siyasət  

Hərbi siyasət qanunları və prinsipləri

2019/04/3c-1555660380.jpg
Oxunub: 670     12:46     19 Aprel 2019    