“Maliyyə imkanları sayəsində Azərbaycan istənilən silahı ala bilər” – MÜSAHİBƏ

2019/04/11546-1555504536.jpg
Oxunub: 1270     17:01     17 Aprel 2019    
“Böyük maliyyə imkanları sayəsində Azərbaycan istənilən istehsalçıdan, istənilən miqdarda müasir silah və hərbi texnika ala bilər”.

Ordu.az rusiyalı hərbi ekspert Aleksandr Qoltsla eksklüziv müsahibəni təqdim edir:

- Bu həftə Rusiya və NATO əməkdaşlığının təmamilə dayandırıldığı açıqlandı. Bu Sizin üçün gözlənilməz olmadı ki? Bu nə ilə əlaqədardır?

- Xeyr, bu mənim üçün yenilik olmadı. Əslində Rusiya və NATO arasındakı bütün münasibətlər 2014-cü ilin yazında, Krım hadisələrindən və Donbasdakı müharibənin başlanmasından dərhal sonra kəsilmişdi, elan edilən isə sadəcə faktın təsdiqi idi. Anladığım qədər, indi bütün təmaslar Brüsseldə Rusiya-NATO Şurası çərçivəsində keçirilir. Hesab edirəm ki, bu format davam edəcək.

Eyni zamanda qəbul edilməlidir ki, olduqca gərgin vəziyyət yaranıb, çünki tərəflərin hər birinin hərəkətlərinin motivasiyası başa düşülmür. Və hər zaman olduğu kimi, hər tərəf ən pis variantları ehtimal edir. Bu isə ümumiyyətlə həll oluna biləcək istənilən hadisənin ciddi bir hərbi qarşıdurmaya çevrilməsi ilə təhdid edir.

- Bu qarşıdurma postsovet məkanına yayıla bilərmi?

- Düşünmürəm ki, bu NATO və Rusiya arasında hərbi qarşıdurma olacaq. Lakin Rusiya da bildiyimiz kimi, SSRİ-nin keçmiş respublikalarının NATO-ya meyl etməsini istəmir. Ukrayna böhranı da buna görə yarandı.

- Rusiyanın Qarabağ münaqişəsinin nizamlanması siyasətini necə qiymətləndirirsiniz?

- Hesab edirəm ki, Rusiyanın Azərbaycan və Ermənistanla bağlı siyasəti yalnız bir nöqtəyə - Ermənistan-Azərbaycan müharibəsinin yenidən başlanmasına mane olmağa yönəlib.

- Buna baxmayaraq Rusiya həm Azərbaycana, həm də Ermənistana silah satır. Bunu necə izah edə bilərsiniz?

- Bu Bakı ilə İrəvan arasındakı hərbi balansın qorunmasına yönələn bir yanaşmadır. Əlbəttə ki, Azərbaycan yalnız Rusiyadan deyil (məsələn, müasir hava hücumundan müdafiə sistemləri), həm də İsraildən çox silah tədarük edir.

Böyük maliyyə imkanları sayəsində Azərbaycan istənilən istehsalçıdan, istənilən miqdarda müasir silah və hərbi texnika ala bilər.

- Rusiyadan S-400 kompleksinin alınmasına görə yaranan Türkiyə-NATO mübahisəsi necə bitəcək?

- Əslində nə Rusiya S-400-ləri, nə də ABŞ F-35-ləri Türkiyə üçün həyati zərurət deyil. Sadəcə hansısa geosiyasi oyun gedir və onun necə başa çatacağını heç kim bilmir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Rusiya   NATO   Azərbaycan  

“Maliyyə imkanları sayəsində Azərbaycan istənilən silahı ala bilər” – MÜSAHİBƏ

2019/04/11546-1555504536.jpg
Oxunub: 1273     17:01     17 Aprel 2019    