Ordu.az xəbər verir ki, bu barədə məlumat Emənistan Müdafiə Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən yayılıb.
Məlumata görə, Davtyana sərhəd zonasındakı əməliyyat şəraiti, ön xəttə həyata keçirilmiş mühəndislik işləri barədə məlumat verilib.
Qeyd edək ki, aprelin 13-də Ermənistan Müdafiə naziri David Tonoyan da Ermənistanın şimal-şərq hissəsindəki hərbi hissələrdə olub. Ermənistan MN-in məlumatına görə, erməni nazir Başkənd (Başkənd — Azərbaycan Respublikasının Gədəbəy rayonunun inzibati-ərazi vahidində kənd. 1992-ci ilin 6-8 avqust tarixlərində milli ordumuzun keçirdiyi əməliyyat nəticəsində ermənilərdən azad edilib) yaşayış məntəqəsinin müşahidə edildiyi ərazilərdə olub.
Alpər Mövludoğlu
Ordu.az