Ordu.az Tert.am saytına istinadən xəbər verir ki, bu barədə Ermənistan Baş Prokurorluğun ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Arevik Xaçatryan bildirib
Onun sözlərinə görə, hadisə ilə bağlı cinayət işi CM-in 118-ci maddəsi əsasında, döyülmə faktı üzrə açılıb.
Xatırladaq ki, “Shamshyan.com” bu hadisə barədə məlumat verərək qeyd edib ki, aprelin 7-si saat 21:00-da İrəvan şəhərində mübahisə və dava baş verib. Bildirilib ki, hadisə iştirakçıları daxili qoşunların keçmiş komandanı Lyova Yeranosyanın oğlu və yeznəsi olub.
Zərər çəkmiş şəxs polisə bildirib ki, onu daxili qoşunların keçmiş komandanı general Levon Yeranosyanın təlimatı və şahidliyi ilə döyüblər.
Alpər Mövludoğlu
Ordu.az