Ordu.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, Türkiyə Rusiya istehsalı S-400 zenit-raket komplekslərini müvəqqəti olaraq Azərbaycanda yerləşdirə bilər.
Məlumata görə, S-400 komplekslərini müvəqqəti saxlamaq üçün Qətərə də göndəriləcəyi istisna olunmur.
Qeyd edək ki, bundan əvvəl Türkiyənin Rusiyadan S-400 zenit-raket komplekslərini (ZRK) almazdan əvvəl hərbçilərinin müvafiq kurs keçməsini təşkil etmək istədiyi bildirilirdi. Bunun üçün türk hərbçilərin Rusiyadan əvvəl Azərbaycana gələcəkləri gözlənilir.
Ağalar Ağalarlı
Ordu.az