Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, erməni hərbi qulluqçunu bıçaqlamaqda əsgər yoldaşı ittiham edilir.
Məlum olub ki, hadisədən öncəki gün hərbi qulluqçuya qarşı zorakılıq edilib. Döyülən hərbi qulluqçu intiqam almaq məqsədilə divizonun yataqxanasında yatan, öncəki gün onu döymüş hərbi qulluqçuya yaxınlaşaraq, onu oyadıb və öncədən özü ilə gətirdiyi qatlanan bıçaqla bir dəfə onun sağ yan hissəsinə zərbə endirib.
Bıçaq zərbəsi hərbi qulluqçunun həyati orqanlarına xəsarət yetirməsə də, sağlamlığına yüngül xarakterli xəsarət yetirilib.
İlkin araşdırma orqanı, həm döyən, həm də bıçaqlayan olmaqla hər iki hərbi qulluqçuya qarşı ittiham irəli sürüb.
Ordu.az