Azərbaycan Rusiya-Çin birgə hərbi təlimlərində iştirak edəcək

2019/04/1_8Op-1555093507.jpg
Oxunub: 1002     22:22     12 Aprel 2019    
Rusiya Milli Qvardiyası Çinlə keçirəcəkləri hərbi təlimlərə Azərbaycanı müşahidəçi qismində dəvət etmək niyyətindədir.

Ordu.az “İnterfax”a istinadən xəbər verir ki, bu barədə Rusiya Federal Milli Qvardiya Qoşunları Xidmətinin direktoru, ordu generalı Viktor Zolotov bildirib.

O, cari ilin sonunda keçiriləcəyi nəzərdə tutulan təlimləri müşahidə etmək üçün həmçinin Belarus, Qazaxıstan, Qırğız Respublikası, Özbəkistan nümayəndələrini də dəvət etməyi düşündüklərini qeyd edib.

Beynəlxalq əməkdaşlıq məsələlərinə toxunan Rusiya Milli Qvardiyasının rəhbəri ən yaxın əməkdaşlıq əlaqələrinə KTMT, Şanqhai Əməkdaşlıq Təşkilatı, BRİCS-ə üzv və müşahidəçi ölkələri ilə malik olduqlarını, bununla yanaşı, Qırğız Respublikası, Azərbaycan, Tacikistan, Serbiya, CAR kimi ölkələrlə də əməkdaşlığı genişləndirdiklərini diqqətə çatdırıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Azərbaycan   Rusiya   Çin  

Azərbaycan Rusiya-Çin birgə hərbi təlimlərində iştirak edəcək

2019/04/1_8Op-1555093507.jpg
Oxunub: 1003     22:22     12 Aprel 2019    