Erməni hərbçilərin qəzasında yaralananlardan biri əməliyyat ediləcək

2019/04/v-iva-1555072119.jpg
Oxunub: 449     16:26     12 Aprel 2019    
Ermənistan Müdafiə Nazirliyinə aid yük avtomobilinin qəzası nəticəsində zərərçəkən hərbçilərdən biri əməliyyat ediləcək.

Ordu.az "News.am" saytına istinadən xəbər verir ki, bu barədə “Meğri bölgə xəstəxanası” MMC-nın direktoru Lusine Vardanyan bildirib.

Məlum olduğu kimi dünən Meğri-Tsirani Dzor adlanan yolda Ermənistan Müdafiə Nazirliyinə məxsus “Zil-131” markalı avtomobilin qəza törətməsi nəticəsində onlarla hərbi qulluqçu yaralanaraq xəstəxanaya təxliyyə edilib. Xəsarət alan hərbi qulluqçuların böyük bir hissəsi ilkin tibbi yardım aldıqdan sonra yerləşdirildikləri Meğri xətəxanasından hərbi hospitala təxliyyə ediliblər.

O qeyd edib ki, ilk növbədə onların xəstəxanasına 20 hərbi qulluqçu, o cümlədən bir zabit və “Zil-131” markalı avtomobilin sürücüsü gətirilib. Xəstəxana direktorunun sözlərinə görə, hazırda onların xəstəxanasında 4 müddətli hərbi qulluqçu var və onlardan birinin cərrahiyyə əməliyyatı olunması üçün digər tibb mərkəzinə təxliyyə ediləcəyi gözlənilir.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan-ordusu   Qəza  

Erməni hərbçilərin qəzasında yaralananlardan biri əməliyyat ediləcək

2019/04/v-iva-1555072119.jpg
Oxunub: 450     16:26     12 Aprel 2019    