Ağdamda şəhid Şamil Quliyevin xatirəsi anılıb - FOTOLAR

2019/04/15550-4665211485.jpg
Oxunub: 542     16:01     12 Aprel 2019    
Ağdam rayonunun Mahrızlı kəndindəki Döyüş Şöhrəti Muzeyində respublikamızın ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhid olmuş Şamil Quliyevin xatirəsi anılıb.

Ordu.az xəbər verir ki, Şamil Quliyevin ailə üzvlərinin, döyüş yoldaşlarının, Mahrızlı və Zəngişalı kənd tam orta məktəblərinin müəllim və şagirdlərinin, Ağdam Tarix-Diyarşünaslıq Muzeyinin işçilərinin iştirak etdiyi tədbirdə əvvəlcə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Mərasimdə Döyüş Şöhrəti Muzeyinin direktoru Sahib Məmmədov, Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Ülvi Qədirov, şəhidin qardaşı Famil Quliyev, bacısı Cəmilə Quliyeva və döyüş yoldaşları çıxış edərək, onun mənalı həyat və qəhrəmanlıqla dolu döyüş yolundan danışıblar. Məlumat verilib ki, Quliyev Şamil Əli oğlu 1971-ci il dekabrın 10-da Ağdam rayonunun Zəngişalı kəndində anadan olub. Orta məktəbi bitirdikdən sonra Ağdam Kənd Təsərrüfatı Texnikumunda təhsil alıb. 1989-1991-ci illərdə keçmiş sovet ordusu sıralarında hərbi xidmətdə olub. 1992-ci ildə könüllü olaraq Vətənimizin müdafiəsi uğrunda döyüşlərdə iştirak edib. Keçmiş Ağdərə rayonunun Şıxarx, Çaylı kəndlərində gedən döyüşlərdə fədakarlıq göstərib. 1993-cü ildə kəşfiyyat bölüyünə qoşulan Şamil Qarakənd, Gülablı, Ağbulaq, İsmayılbəyli, Saybalı, Bağbanlı, Mərzili kəndlərinə göndərilən dəstələrin tərkibində mühüm tapşırıqlar yerinə yetirib. Ağdam rayonunun Mərzili və Novruzlu kəndləri uğrunda döyüşlərdə düşmənin bir neçə hərbiçisini və döyüş maşınını məhv edib. O, 1994-cü ilin aprelində Ağdam rayonunun Qaradağlı kəndi yaxınlığındakı döyüşdə yaralanmış yoldaşını xilas edən zaman ağır yaralanıb və hərbi hospitalda dünyasını dəyişib. Zəngişalı kənd qəbirstanlığında dəfn edilib.

Mərasimdə məktəblilər kompozisiya göstərib, şəhidlərə həsr edilən şeirlər söyləyiblər.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ağdam   Şamil-Quliyev  

Ağdamda şəhid Şamil Quliyevin xatirəsi anılıb - FOTOLAR

2019/04/15550-4665211485.jpg
Oxunub: 543     16:01     12 Aprel 2019    