Şarmazanovdan Paşinyana: "Qırmızı terror həyata keçirən bolşeviklər yadıma düşdü"

2019/04/00-64-1555069688.jpg
Oxunub: 592     15:47     12 Aprel 2019    
"Paşinyan Milli Təhlükəsizlik Xidməti ilə qorxudan, asfalta uzadan, vətəndaşları alçaldan, boğazından tutan, qurma cinayət işləri açan demokratiyanı harada görüb?"

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan Respublikaçılar partiyasının sözçüsü Eduard Şarmazanov öz "Facebook" səhifəsində yazıb.

"Qırmızı terror və faşistlər, hiyləgər sevgi və narahatlıq sülhsevərliyi, həmçinin xarici agentlər haqqında verdiyi bəynatlar...

İndi isə sıra ilə onun dediklərindən...

Paşinyan deyir ki, sevgi oliqarxlara qalib gəldi, bu saxta sevgi və yalan həmrəyliyi təbliğatçıları tabutlarla, qara lentlərlə, kütləvi təhqirlərlə, şantaj və təhdidlə sevgini harda görüblər?

Çar ailəsini gülləbəran edərək, bunun Rusiyaya sevgi naminə edildiyini deməklə, qırmızı terror həyata keçirən bolşeviklər yadıma düşdü.
Qoy Paşinyan özü-özünə sual etsin, indi həmin bolşeviklər hardadır?

Oliqarxları bir anda iri sahibkarlar adlandırmaqla, Paşinyan məzmun yox, üsul dəyişir. Paşinyan sağ və sol tərəflərinə yaxşı baxarsa, oliqarxların varlığını yox, onunla bərabər çiçəkləndiyini görə bilər.

Paşinyanın sözlərinə görə, Ermənistanda demokratiya qələbəsi bərqərar olub.

Milli Təhlükəsizlik Xidməti ilə qorxudan, asfalta uzadan, vətəndaşları alçaldan, boğazından tutan, qurma cinayət işləri açan demokratiyanı harada görüb?

Görüb?... Düzünü desək, 20-ci əsrin 30-cu illərində Almaniyada belə bir hal vardı. İnsanlar, milyonlarla insanlar məhv olurdu və bəyan edirdi ki, onun hərəkatı təmiz xristianlıqdır.

Paşinyan Əliyevlə konstruktiv söhbəti baş tutduğunu deyərək, sağa sola sülhsevərlik sözləri səpələyir.

Xatırlatma qaydası ilə deyim ki, 1938-ci ildə Böyük Britaniyanın baş naziri Çemberlin Münxendə Musolini və Hitlerlə sülh aktı imzaladı və bununla da Böyük Britaniyaya sülh gətirdiyinə dair fəxr edirdi. Cəmi 1 il sonra Hitler İkinci Dünya müharibəsinə başlamışdı.

Tarixdən dərs almaq lazımdır. Əgər tarixdən dərs almırsansa, o səni qəddarcasına cəzlandırır.

Paşinyan İranda xarici agentlər barədə danışıb.

Gözləyirdim ki, agentlərin adlarını Stasburqdan açıqlayacaq. Ancaq açıqlamadı. Görəsən qorxdu, yoxsa adlarını unutdu?", - deyə o qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Paşinyan   Strasburq   Şarmazanov  

Şarmazanovdan Paşinyana: "Qırmızı terror həyata keçirən bolşeviklər yadıma düşdü"

2019/04/00-64-1555069688.jpg
Oxunub: 593     15:47     12 Aprel 2019    