Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə jurnalistlərlə görüşü zamanı “Talin” dəstəsinin komandiri Sarkis Karapetyan bildirib.
“Onu çox asanlıqla görüb, cəmi bir sual verə bilərsiniz: cənab Mikaelyan 1993-cü ilin qış ayında, azərbaycanlılar Kəlbəcəri geri götürəndə, niyə ordan qaçdınız? Əgər bu suala cavab verdisə, qalanları barədə rəy formalaşdırarsınız”, - deyə “Talin” dəstəsinin komandiri bildirib.
Karapetyan, “Yerkrapah” təşkilatının yeni seçilən sədrinin bütün döyüşçüləri birləşdirə biləcəyini düşünmür.
“Necə biləşdirə bilər? Sasun Mikaelyan necə birləşdirə bilər”, - deyə Karapetyan təəccübünü gizlətməyib.
Alpər Mövludoğlu
Ordu.az