Dünənki qəzada 4 erməni hərbi qulluqçu ağır yaralanıb

2019/04/4564-1555057016.jpg
Oxunub: 391     12:16     12 Aprel 2019    
Ermənistan Müdafiə Nazirliyinə məxsus “Zil” markalı avtomobildəki 20 hərbi qulluqçudan 4 hərbi qulluqçu müxtəlif dərəcəli sınıqlarla Meğri tibb mərkəzinə təxliyyə edilib

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Məlum olduğu kimi, dünən saat 19:00 radələrində Meğri-Tsirani Dzor adlanan yolda Ermənistan MN-ə məxsus “Zil-131” markalı avtomobil qəzaya uğrayaraq çevrilib. Ermənistan MN-in mətbuat xidmətindən verilən məlumata görə, avtomobildəki 20 hərbi qulluqçudan 4-ü sınıqlarla Meğri tibb mərkəzinə təxliyyə edilib və onların vəziyyətlərinin kafidir. Fakt üzrə Meğri hərbi polis şöbəsində müvafiq materiallar toplanır.

Xatırladaq ki, Ermənistan FHN-nin rəsmi saytında yerləşdirilən məlumata əsasən saat 20:31 radələrində “911” xidmətinə Meğri-Tsirani Dzor adlanan yolda Ermənistan MN-ə məxsus “Zil-131” markalı avtomobilin qəza törətməsi, yaralıların olması barədə zəng daxil olub və hadisə yerinə xilasetmə dəstələri cəlb edilib. Burada aparılan ilkin araşdırma nəticəsində məlum olub ki, yolun 22-ci km-də “N” saylı hərbi hissənin balansında olan “Zil-131” markalı avtomobil yolun hərəkət hissəsindən çıxaraq, qayaya çırpılıb.

Xilasetmə dəstələri hadisə yerinə çatanadək, artıq 18 hərbi qulluqçu Meğri tibb mərkəzinə təxliyyə edilib. Xəstəxanadan bildirilib ki, yaralılardan birinin vəziyyəti orta ağırdır, qalanlarının həyatına ciddi təhlükə yoxdur.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan-ordusu   Qəza  

Dünənki qəzada 4 erməni hərbi qulluqçu ağır yaralanıb

2019/04/4564-1555057016.jpg
Oxunub: 392     12:16     12 Aprel 2019    