"Sonra onların qarşılığında bizim bir neçə girovlarımız geri alındı" - MÜSAHİBƏ (FOTOLAR)

2019/04/56825-12440578832.jpg
Oxunub: 3507     16:51     12 Aprel 2019    
Dağlıq Qarabağ münaqişəsinin ilk illərində formalaşan ərazi özünümüdafiə batalyonlarına digər rayonlardan da köməyə gələnlər olurdu. Kəndlərə köməyə gələnlərin içərisində aktiv döyüşlərdə iştirak etmək istəyənlərlə yanaşı, öz peşəsi ilə Qarabağ camaatına xidmət etmək istəyənlər də az olmayıb.

Ordu.az olaraq bu yazımızda öz peşəsi ilə həm əsgər, həm də dinc sakinlərin xidmətində həkim kimi duran İntiqam Bağırovla müsahibəni təqdim edirik.

İntiqam Cavanşir oğlu Bağırov 1952-ci ildə Hacıqabul rayonunda anadan olub. 1969-cu ildə Tibb Universitetinin müalicə işi fakultəsinə daxil olub. Universiteti bitirdikdən sonra, rayon mərkəzi xəstəxanasında çalışmağa başlayıb, Qarabağ müharibəsi iştirakçısıdır.

- Həkim, Qarabağ bölgəsinə ilk səfəriniz nə zaman olub?

- 1989-1990-cı illərdə Qarabağda vəziyyət getdikcə çətinləşirdi. Həmin vaxt biz, bir qrup Hacıqabul sakini, komanda yaradaraq, Ağdama gəldik. Komandamızda 50-dən çox adam var idi. İlk təşəbbüs göstərən 7 nəfərlə Ağdama getdik. Nə qədər canlı qüvvəyə ehtiyac olub-olmadığını öyrənməli və Qarabağa gələndə kimə müraciət edəcəyimizi müəyyən etməliydik. Ağdamda bizə bir nəfər göstərib dedilər ki, Qatır Məmmədə yaxınlaşım. Biz də ona gəlişimizin məqsədini dedik. Onda bizə dedi ki, 7 nəfəri irəli göndərə bilməsə də, burada həqiqətən canlı qüvvəyə ehtiyac var. Biz o vaxtı geri dönüb, yenidən 35 nəfər yığaraq Ağdama gəldik. O zaman Ağdərə kəndlərində vəziyyətin çox çətin olması, təcili köməyin zəruriliyi ilə bağlı məlumat aldıq. Bizi Baş Güney kəndinə göndərdilər. O dağların ətəyilə bir avtomobil yolu gedirdi. O yerlər indiki kimi gözlərimin önündədir. Olduqca mənzərəli və gözəl görünüşü var idi. Biz kəndin yerini dəqiq bilmirdik. Kəndlərin birindən soruşanda, bizi irəlidə gözləyənlər olduğunu dedilər. Yol elə idi ki, orada bələdçi olmadan erməni kəndinə getmə ehtimalımız ola bilərdi. Baş Güney kəndinin yoluna çatanda təxminən 14-15 yaşları olan iki uşaq, yola çıxıb bizə sağ yola dönməyimizi işarə etdilər. Biz kəndə çatanda artıq axşama az qalmışdı. Kənd sakinləri bizim üçün orda normal yer və ərzaq təmin etmişdilər.

- İlk əməliyyatınız nə zaman oldu?

- Biz kəndə yerləşəndən sonra bir neçə gün kənd sakinləri bizi postlara çıxmağa qoymadılar. Amma gün boyu ümumi kəndin ərazisini gəzərək ətrafla tanış olur, erməni kəndləri barədə məlumat alırdıq. Təxminən 4-5 gündən sonra sakinlər Kərkicahan istiqamətində bir azərbaycanlının öldürüldüyünü söylədilər. Buna görə də buradan ermənilərə cavab vermək lazım idi. Qarabağ camaatının nəyi daha çox xoşuma gəlirdi, deyim sizə. Təsəvvür edin ki, o zaman həmin öldürülən azərbaycanlını bizim getdiyimiz kənddə tanımırdılar. Hətta kəndlərin yaxınlığı belə yox idi. Amma azərbaycançılıq amili var idi. Ermənilər hansı istiqamətdə Azərbaycan kəndlərinə nəsə edirdilərsə, başqa kəndlərdə o hadisənin cavabı ermənilərə verilirdi.

Kənd camaatı axşam əməliyyat keçiriləcəyini dedilər. Bizim uşaqlardan bir neçəsi əməliyyatın olacağı istiqamətə, geri qalanı digər istiqamətlərdə ehtiyat postlarda durdular. Əməliyyatın olacağı əsas istiqamət isə Çıldıran kəndindən Vəng istiqamətinə gedən yol idi. Həmin yol meşəlik ərazidən keçdiyi üçün kənd camaatı o yerdə ermənilərə daha çox hücum edirdilər. Biz gecə saat 10 radələrində çıxıb, bir müddət atlarla yol getdik. Meşənin dərin bir yerində atları bağlayıb piyada getməli olduq. Yerli sakinlər ərazini yaxşı tanıdıqlarından meşədə hərəkət etməyimiz o qədər də çətin olmurdu. Meşəlikdən çıxıb açıq bir taladan böyürtkən kollarının arxasında daldalanaraq, müəyyən edilən yerə çatdıq. İlk olaraq həmin yerlərdə pusqu qurduq. Biz əraziyə bələd olmadığımız üçün, hər birimizə bir neçə kənd sakininin yanında olmağımız tövsiyyə edildi. Demək olar ki, qurduğumuz pusquda qruplararası məsafə təxminən 100-150 metr olardı. Mən və bir yerlimiz ən başda olan pusqudakı komanda ilə durmuşduq.

Bir müddətdən sonra bizə tərəf bir maşının gəldiyini müşahidə etdik. Düzü ilk olaraq bu maşının atəşə tutulacağını düşündüm. Elə buna hazırlaşırdıq ki, kənd sakinləri bizə atəş açmamağı tapşırdılar. Maşın sərbəst bir şəkildə gəlib qarşımızdan keçdi. Mən pıçıltıyla niyə onları vurmadıq deyə soruşdum. Mənə dedilər ki, bu ermənilərin taktikasıdır, narahat olmayım, əsas dəstə sonra gələcək. Gecə olduğu üçün maşınların işıqlarından onların hərəkətlərini daha yaxşı görə bilirdik. Maşın təxminən 5 km gedərək Çıldıran kəndinə girdikdən sonra kəndin içində manevr edib dayandı. Bundan bir neçə dəqiqə sonra, başqa bir maşının səsi gəldi. Bu da minik maşını idi və onun da yanımızdan sərbəst keçməsinə şərait yaratdıq. Sürücü, eynilə yanımızdan təhlükəsiz bir şəkildə keçib, kəndin içərisində dayanan maşının yanında saxladı.

Aradan təxmini 15 dəqiqə keçmiş bir neçə maşının kalon şəklində gəldiyini müşahidə etdik. Kalondan öncə bu cür avtomobilləri tək-tək göndərirdilər. Təhlükə olmadığına tam əmin olanda isə maşın karvanı gəlirmiş. Bizə dedilər ki, kalonun ilk maşını bizim sol tərəfimizdəki, pusquya çatana qədər gözləməliyik. Kalon lazım olan yerə çatan kimi, güllələməyə başladıq. Maşın karvanında çaxnaşma düşdü. Qabaq və arxadakı maşınları güllələdiyimizə görə, qabaq maşın dərəyə yuvarlandı. Ortada gedən maşınlar isə yerlərində dayanıb geri qayıtmaq istəsələr də, geri dönə bilmədilər. Həmin vaxt orda olan 5 maşında xeyli erməni məhv etməyə nail olduq. Ordan 3 nəfər yaralı əsir alıb geri döndük. Bizə dedilər ki, həmin kalonda gedənlər Ermənistandan gələn saqqallı dəstələrin üzvləri olub.

- Bəs əsir götürdüyünüz ermənilər necə oldu?

- Ağdamda Yaqub Məmmədov var idi, az öncə adın çəkdim. Allah rəhmət eləsin, çox mərd adam idi. Əsirləri ona təhvil verdik. Sonra onların qarşılığında bizim bir neçə girovumuz geri alındı.

- Həmin kəndlərdə nə qədər qaldınız?

- Çox təəssüf olsun ki, bizim orda uzunmüddətli qalmağımız mümkün olmadı. Həm ora gedən uşaqların hər biri müəyyən bir təşkilatda işləyirdilər, həm də başqa bir yerdən təminat yox idi. Əsas qalacağımızı və ərzaq təminatımızı yerli sakinlər qarşılayırdılar. Biz sadəcə olaraq bəzi silah və sursatlarla getmişdik. Bir müddət sakitçilik yarandı. Bu arada bizə geri, iş yerlərimizə qayıtmağımız bildirildi. Biz də geri dönməli olduq. Amma mən yenidən həmin kəndə geri döndüm.

- Geri dönməyinizin səbəbi nə idi?

- Mən orda olduğum vaxt bir məsələnin şahidi oldum. Təsəvvür edin ki, sovet hakimiyyəti dövründə o kəndlər üçün heç bir iaşə obyektləri olmamışdı. Hətta insanların sağlamlığı üçün belə heç bir şərait olmayıb. Sadəcə bir doğum evi olub ki, o da uyğunlaşdırılmış binada olub. O kəndlərdə doğrudan da insanların sağlamlığı heç kimin marağında olmayıb. Adi bir xəstəlik üçün insanlar 50 km yol qət etməli olurdular. Mən ixtisasca həkim idim. Təbii ki, gördüyüm mənzərə qarşısında sakit qala bilməzdim. Geri, iş yerimizə dönəndən sonra ərizə yazıb, Dağlıq Qarabağda olan azərbaycanlılara səhiyyə xidməti göstərmək üçün yenidən ora getmək istədiyimi bildirdim. Açığı məni bu fikirimdən döndərmək istəyənlər də az olmadı. Mənə dedilər ki, orda vəziyyət getdikcə pisləşəcək, buna görə də getməyim. Amma mən israr edib durdum və qısa zamanda bu istəyimə müsbət cavab alaraq Baş Güney kəndinə gedib, bir neçə ay orada tibbi xidmət fəaliyyətimi davam etdirdim. Məndə indi də o vaxtkı məntəqənin sənədləri durur.

- Neçə ay həmin kənddə qalıb işlədiniz?

- Təxminən 3 aya qədər o kənddə qaldım. Orda əhaliyə düzgün tibbi xidmət göstərdim və bu müddətdən sonra geri çağrıldım. Həmin vaxt hərbi həkimlərə ehtiyac çox idi. Ordan gəlidikdən sonra məni Üçtəpəyə göndərdilər. Burada bir müddət hərbi təlim keçdikdən sonra daxili qoşunların sıralarında Qarabağa yenidən yollandım. Ağdam və Ağdərə istiqamətində gedən döyüşlərdə iştirak etmişəm.

Taleyim elə gətirdi ki, 1 il yarım qabaq əhalisinə xidmət göstərdiyim Baş Güney kəndinin işğaldan sonrakı vəziyyətini də gördüm. İnanın o qədər pis olmuşdum ki, o gözəl kənddən əsər-əlamət qalmamışdı. Onu da deyim ki, ilk döyüşlərdə xidmət göstərdiyim əsgərlər də indiki kimi yadımdadır. Onlar, Abışov Nail (sağ ayağının yarıdan kəsilmiş qəlpə yarası), Məmmədov Ayaz (sol ayağının qəlpə yarasından sonrakı infeksiyası), Hacıyev Rövşən (sağ ayağın amputasiyası zamanı travmatik şok), Xaliq Məhərrəmov (sağ budun kor güllə yarasından sonra travmatik şok), Çingiz Bağırov, Ramiz Məmmədov mənim ilk əməliyyatda xidmət göstərdiyim əsgərlər olub.

- Hazırda hansısa fəaliyyətlə məşğulsunuzmu?

- Bəli, hazırda Hacıqabul Mərkəzi Rayon Xəstəxanasında müqavilə əsasında işləyirəm. Artıq 67 yaşım var, Allahdan ən böyük arzum budur ki, müharibə başlasın, ermənilərin məhv olduğu günü görüm. Mən buna adım kimi əminəm ki, bu dəfə qələbə bizimdir. Çünki artıq nə ordumuz 90-cı illərin ordusu, nə də silahımız o vaxtın silahları deyil. Ən çox qorxduğum bir şey varsa, o da o günləri görə bilməyəcəyimlə bağlıdır. Allaha dua edirəm ki, mənə o günləri görməyi nəsib etsin.

Daşqın Güneyli
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Qarabağ   Müharibə   Həkim  

"Sonra onların qarşılığında bizim bir neçə girovlarımız geri alındı" - MÜSAHİBƏ (FOTOLAR)

2019/04/56825-12440578832.jpg
Oxunub: 3508     16:51     12 Aprel 2019    