Mayın 15-dən 18-nə qədər Minskdə keçiriləcək "MILEX 2019" 9-cu Beynəlxalq silah və hərbi texnika sərgisində Azərbaycan Müdafiə Sənayesi Nazirliyi tərəfindən təmsil olunacaq.
Ordu.az MILEX-in rəsmi saytına istinadən xəbər verir ki, sərgidə Azərbaycan yerli müdafiə sənayesinin yeniliklərini nümayiş etdirəcək.
Qeyd edək ki, bu il dünyanın 30 ölkəsindən 47 rəsmi təşkilat "MILEX 2019" sərgisində iştirak edəcək.
Ordu.az
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Teqlər:
Azərbaycan
Sərgi
MILEX2019