Rusiyalı ekspert: "Azərbaycanla müharibənin bərpası Ermənistan üçün son dərəcə dağıdıcı məşğələ olacaq"

2019/04/15276-1554988160.jpg
Oxunub: 5388     17:03     11 Aprel 2019    
"Hər hansı bir oyunda olduğu kimi, istər normal kart oyunu olsun, istərsə də siyasi olsun, borcları geri qaytarmaq vaxtı həmişə gəlib çatır. Görünür Ermənistan rəhbərliyi də bu anın yaxınlaşmasını getdikcə daha yaxından hiss edir. Hiss edir, lakin nə edəcəyini də bilmir".

Bu sözləri Ordu.az-a rusiyalı tanınmış hərbi ekspert Aleksey Xlopotov Ermənistan Müdafiə naziri David Tonoyanın Azərbaycana ünvanladığı təxribatçı bəyanatlarını şərh edərkən bildirib.

O qeyd edib ki, Ermənistan rəhbərliyi vicdanla hərəkət etmək niyyətində deyil, buna görə də ölkə rəhbərliyinin, istər Paşinyanın, istərsə də indiki vəziyyətdə Müdafiə naziri David Tonoyanın ritorikası həll prosesinin pozulmasına və mövcud vəziyyətin daha da uzadılmasına yönəlib.

"Sonuncu həm bütövlükdə erməni tərəfi, həm də fərdi siyasi xadimlərin karyerası üçün son dərəcə faydalıdır. Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı Ermənistan Müdafiə nazirinin bəyanatlarına münasibət bildirərkən, onları "axmaq fikirlər" və "anormal düşüncəli insanın xəyalları" adlandırıb. İcazə verin bu bəyanatı qəbul etməyim. Tonoyanın Azərbaycan Ordusunun arxasında hücum diversiya qruplarının mümkün hərəkətləri barədə sözləri məqsədyönlü təxribatdır. Bu təxribat birmənalı olaraq Paşinyanla razılaşdırılıb. Erməni lider əslində yerinə yetirmək istəmədiyi və ən çox ehtimal etmədiyi barədə razılığa gəlib. Onun Müdafiə naziri isə sərt açıqlama verərək, Azərbaycan tərəfini Paşinyanın öhdəliklərdən imtina etməsinə əsas gətiriləcək dərəcədə kəskin cavab verməyə sövq edir. Bu vəziyyətdə Paşinyan "ağ və yumşaq tüklü" görünə bilərdi.

Həm Paşinyan, həm də Tonoyan Azərbaycan Silahlı Qüvvələrinin müasir qüvvəsini nəzərə almaqla, yaxşı başa düşürlər ki, Azərbaycanla hərbi əməliyyatların bərpası onlar üçün çox dağıdıcı məşğələ olacaq. Bundan başqa, münaqişənin eskalasiyası şəraitində Ermənistanı birmənalı olaraq dəstəkləyən heç bir müttəfiqi yoxdur. Buna görə İrəvan Moskva və Vaşinqton arasında qaçaqaçda qalıb, nəyin bahasına olursa olsun KTMT rəhbərliyində qalmağa da cəhd edir. Təbii ki, Amerika Birləşmiş Ştatlarındakı erməni diasporunun diqqətini, əslində isə maliyyə və siyasi resurslarını cəlb etmək məqsədilə Tonoyan, Paşinyan və onun komandasından ibarət rejimin qətiyyətini və canlılığını sübut etmək üçün "şahin mahnıları" oxumağa vadar edilir", - deyə Xlopotov vurğulayıb.

Rusiyalı hərbi ekspert, Ermənistanın xaricdən dəstək almaq üçün, əslində təmamilə saxta olmasına baxmayaraq, ozünün "qiymətli" olduğunu nümayiş etdirməyə məcbur qaldığını da əlavə edib: "Bu baxımdan, o, müntəzəm konyuktura məmuru kimi hərəkət edir və danışır. Daha diqqətlə baxsanız onun harda olmasından asılı olmayaraq konkret bu audiotoriyaya uyğunlaşmağa və onları məmnun etməyə çalışdığını görərsiniz.

Buna görə də Tonoyan axmaq deyil - o, hiylə və bacarıqla davranır. Məqsəd isə eynidır - sülh prosesini uzatmaq, daxili siyasi reytinqi saxlamaq, xarici müttəfiqlərin dəstəyini cəlb etmək. Beləliklə, mənim fikrimcə, bu xadim ilə hər şey sadə və aydındır".

Bəhram Batıyev
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan   Qarabağ   Müharibə  

Rusiyalı ekspert: "Azərbaycanla müharibənin bərpası Ermənistan üçün son dərəcə dağıdıcı məşğələ olacaq"

2019/04/15276-1554988160.jpg
Oxunub: 5389     17:03     11 Aprel 2019    