HVAVO Ermənistan ordusundakı itkiləri açıqladı

2019/04/34534-1554987124.jpg
Oxunub: 1139     17:17     11 Aprel 2019    
2018-ci ilin eyni dövrü ilə müqayisədə bu ilin birinci rübündə Ermənistan ordusunda atəşkəsin pozulması nəticəsində ölüm hadisəsi qeydə alınmayıb.

Ordu.az xəbər verir ki, bu barədə Helsinki Vətəndaşlıq Assambleyasının Vanadzor Ofisinin 2019-cu ilin 1-ci rübündə Ermənistan və işğal altında olan Qarabağda qanunsuz dislokasiya olunan bölmələrdə ölüm faktları haqqında yaydığı məlumatda bildirilib.

Məlumat, rəsmi və qeyri-rəsmi mənbələr əsasında toplanıb. HVAVO-nun məlumatına əsasən 2019-ci ilin 1-ci rübündə Ermənistan ordusunda 11 ölüm faktı qeydə alınıb. Keçən ilin eyni dövründə isə 16 ölüm faktı qeydə alınıb. 2018-ci ilin eyni dövrü ilə müqayisədə bu ilin birinci rübündə atəşkəs rejiminin pozulması nəticəsində ölüm hadisəsi qeydə alınmayıb. Yəni erməni hərbi qulluqçuların ölüm hadisələri yalnız orduda daxili nizam-intizamsızlıq nəticəsində baş verib.

Qeyd edək ki, "Razm.info" saytı da Ermənistan Baş Prokurorluğuna ünvanladığı sorğu nəticəsində 2019-cu ilin 9 aprel tarixində baş verən daha bir hadisə barədə məlumat əldə edib. Bu hadisə həmin anadək hüquq müdafiəçilərinə məlum olmayıb.

Keçən il olduğu kimi, bu ildə Ermənistan ordusunda ölüm hadisələrinin böyük əksəriyyətini avtomobil qəzaları və sağlamlıqla bağlı problemlər təşkil edir.

HVAVO rəsmi mənbələrə - Ermənistan Müdafiə nazirliyi, İstintaq Komitəsi və Baş Prokurorluğa - istinad edərək, 11 ölüm faktının baş verdiyini qeydə alıb. Bu ölüm faktlarından 4 hal hərbi xidmətlə əlaqəli, 5 hal isə hərbi xidmətlə əlaqəsi olmayan kimi təqdim edilib.

Rəsmi məlumatlara əsasən, ölən 11 hərbi qulluqçudan 4 nəfər müddətli xidmət hərbi qulluqçusu, 5 nəfər müqaviləli xidmət hərbi qulluqçusu, 1 hərbi qulluqçu zabit, 1 hərbi qulluqçu isə gizirdir. 11 ölüm hadisəsindən 6 hal Ermənistan ərazisində, 4 hal işğal altında olan Qarabağda baş verib. 1 halda isə hadisənin baş verdiyi ərazi qeyd edilməyib. Baş verən ölüm hadisələrindən 6 hal üzrə cinayət işi açılıb, ilkin istintaq mərhələsi davam edir.

Baş verən ölüm hadisələrindən 7 hal üzrə rəsmi məlumat verilsə də, 4 hal üzrə ilkin olaraq rəsmi məlumat verilməyib.

Xatırladaq ki, Azərbaycan Müdafiə Nazirliyi (MN) dəfələrlə Ermənistan silahlı bölmələrində qeydə alınan itkilərin açıqlanan rəsmi rəqəmlərdən daha çox olduğunu bəyan edib. Nazirlik bildirib ki, Ermənistan hərbi rəhbərliyi silahlı qüvvələrdə baş verən çoxsaylı itkini əhalidən gizlədir.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: HVAVO   Ermənistan-ordusu   Ölüm  

HVAVO Ermənistan ordusundakı itkiləri açıqladı

2019/04/34534-1554987124.jpg
Oxunub: 1140     17:17     11 Aprel 2019    