Erməni hərbçilər etiraf edir: “Komandir və əsgərlər arasında hələ də uçurum mövcuddur”

2019/04/97041-1554985143.jpg
Oxunub: 1025     17:32     11 Aprel 2019    
“Ordu kimi qapalı müəssisələrdə bütün baş verən hadisələri gizlətmək və ört-basdır etmək mümkünsüzdür”.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə “Armenia Sputnik” agentliyinə verdiyi müsahibəsində hərbi işlər üzrə vəkil Norayr Norikyan bildirib.

Erməni ordusunun bir çox hərbi hissələrində nizam-intizamsızlıq səbəbindən bədbəxt hadisələrin baş verməsinin davam etdiyi bildirilir. Sonuncu hadisənin “N” saylı hərbi hissənin keçmiş hərbi şəhərciyində əsgər tərəfindən çavuşlarından birinin öldürülməsi, digərinin odlu silahla xəsarət alması faktının baş verdiyi xatırladılır. Hadisə üzrə cinayət işinin davam etdiyi bildirilir.

Bunun səbəblərindən biri kimi Ermənistan ordusunda hegemon qaydaların hökm sürdüyü, saxta dəyərlərə və sosial müstəmləkəçiliyə söykənən qeyri-formal institutların mövcud olması göstərilir. O, orduda həqiqi qəhrəman təsviri yaradılmayınca, əks qəhrəman təsəvvüründən yaxa qurtarmayınca, mənəvi psixoloji hazırlığın əsasını erməni əsgərinin təsviri təşkil etməyincə bu kimi hadisələrin davam edəcəyini qeyd edib.

Norayr Norikyan təəssüf hissi ilə icraatı həyata keçirən orqanlara qarşı zərərçəkən tərəflərin kütləvi şəkildə etimadsızlığının olduğunu qeyd edir. Ölən əsgərin valideynləri ilk gündən etibarən istintaq orqanlarına, hərbi hissə komandanlığına, hərbi polisə və prokurorluq orqanlarına ümid bağlamırlar.

Norikyan bildirir ki, 2016-cı ildə cəbhədə ölən erməni əsgərlərindən birinin cinayət işinin araşdırılmasında zərərçəkənin atası ilə birlikdə istintaq araşdırmalarına cəlb edilib. O, Müdafiə nazirinin icazəsi ilə döyüş növbətçiliyi həyata keçirən şəxsi heyətlə şəxsən görüşdüyünü qeyd edir. Sorğu-sual nəticəsində cinayət işinin açılmasında faydalı olan kifayət qədər dəlil-sübut toplanıb, işin istintaqını aparan icraat orqanına təhvil verilib. Bu müddət ərzində 6-7 müstəntiq dəyişdirildiyi qeyd edilir. Vəkil Norikyan, artıq 3 il keçdiyini, lakin əsgərin ölüm faktının hələ də açılmadığını qeyd edir.

Digər həmsöhbət, Monte Melkonyan liseyinin təsisçisi, Ermənistan hərbi institutunun ilk rəisi, polkovnik Aleksandr Minasyandır. O, tərbiyəvi işin profilaktik, izahlı və mənəvi-psixoloji iş vasitəsilə həyata keçirilməsini vacib sayır. O, komandirlər və əsgərlər arasında hələ də uçurum mövcud olduğunu qeyd edir. Meğridə baş verən hadisəni də bunun nəticələrindən biri kimi dəyərləndirərək hesab edir ki, əsgərlə yaxın olmaq, onlarla iş aparmaq lazımdır.

Norikyan və Minasyan qanundankənar münasibətlərin qarşısının alınması və hərbi nizam-intizamın bərpa edilməsində zabitlərin, hərbi hissə komandirlərinin səlahiyyətlərinin genişləndirilməsini vacib hesab edirlər. Onlar təklif edir ki, ilk növbədə qarşılıqlı münasibətlər anlayışında əsaslı dəyişikliklər edilməlidir.

Ümumiyyətlə, Ermənistan ordusu qeyri-döyüş itkilərinin sayının artmasına görə 2016-cı ildən sonra, 2018-ci il 2-ci yerdə durur. 2018-ci ildə qeyri-döyüş itkilərinin səbəblərindən ilk yerdə avtomobil qəzası nəticəsində ölənlər 17 hərbi qulluqçu, səhhətinə görə 13 hərbi qulluqçu, özünəqəsd 11 nəfər təşkil edir. Əslində 2018-ci ildə 2017-ci illə müqayisədə qeyri-döyüş itkilərinin sayı artıb. Bu da onu göstərir ki, Ermənistan silahlı qüvvələrdə mövcud daxili problemlər öz həllini bugünədək tapmayıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan-ordusu   Zorakılıq   Dedovşina  

Erməni hərbçilər etiraf edir: “Komandir və əsgərlər arasında hələ də uçurum mövcuddur”

2019/04/97041-1554985143.jpg
Oxunub: 1026     17:32     11 Aprel 2019    