Bu sözləri
Ordu.az-a açıqlamasında REGNUM İA-nın Baş redaktoru Modest Kolerov Ermənistan parlamentinin müdafiə və təhlükəsizlik üzrə daimi komitəsinin sədri Andranik Koçaryanın 1999-cu il oktyabrın 27-də erməni parlamentinə hücumun Vladimir Putinin əmri ilə Rusiya xüsusi xidmət orqanlarının təşkil etdiyi barədə bəyanatını şərh edərkən bildirib.
Kolerov Moskva və İrəvan arasında münasibətlər soyuqluq yaşandığını da etiraf edib.
“İrəvanda Robert Koçaryan və Yuri Xaçaturovun KTMT Baş katibi vəzifəsində təqibindən etibarən ikitərəfli münasibətlərdə soyuma yaşanır”, - deyə o bildirib.
Lakin Kolerov bu halın Qarabağ probleminə heç bir təsir göstərməyəcəyini qeyd edib: “Çünki Qarabağ məsələsi Rusiyanın özünün strateji təhlükəsizlik məsələsidir”.
Ordu.az