Ordu.az “Sputnik Armenia” agentliyinə istinadən xəbər verir ki, bu fikirləri Ermənistan Baş Qərargah rəisi Artak Davtyan səsləndirib.
Onun fikrincə, hərbi texniki ehtiyacların təmin edilməsi və hava sərhədlərinin mühafizəsi MDB HHM vahid sistemi çərçivəsində Ermənistanın əsas məqsədlərindəndir.
Davtyan qeyd edib ki, hava məkanını qorumadan heç bir dövlət özünü tam müstəqil hesab edə bilməz və bu yalnız müasir HHM vasitələri ilə mümkündür. O bildirib ki, hələ də həll edilməmiş məsələlər var və ona görə də bu kimi iclaslara zərurət yaranır.
9-11 aprel tarixləri arasında İrəvanda MDB-yə üzv ölkələrin Müdafiə Nazirləri Şurası yanında HHM məsələləri üzrə tənzimləmə komitəsinin 50-ci iclası keçirilir.
İrəvanda keçirilən komitənin iclasında Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya, Tacikistan, Özbəkistan, MDB ölkələri Müdafiə Nazirləri Şurasının katibliyi, MDB ölkələri hərbi sənaye komplekslərinin hərbi qurumlarının nümayəndələri, HHM məsələlərinin öyrənilməsi və hərbi kadrların hazırlanması sahəsində MDB üzvlərinin əsas təşkilatlarının rəhbərləri iştirak edir.
Alpər Mövludoğlu
Ordu.az