Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, 57 yaşlı kişi 3 il əvvəl aprel döyüşlərində iştirak edib.
O, döyüşlər başa çatdıqdan sonra patronları özü ilə evə gətirib. İlkin araşdırma nəticəsində əldə edilən məlumatlara əsasən, onun evində aparılan axtarış zamanı 31 ədəd 5.45 mm və 1 ədəd 7.62 mm-lik döyüş patronları aşkar edilərək götürülüb.
Ona qarşı ittiham irəli sürülüb, yaşayış yerini tərk etməmə barədə qərar qəbul edilib.
Alpər Mövlduoğlu
Ordu.az